Yazını böyüt
Yazını kiçilt
Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.
Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N. Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.
Avtomobildə olan digər Kəlbəcər sakini M. İsmayılova yaralanıb.
Faktla bağlı araşdırma aparılır./lent.az/